“Agrarco” MMC-nin Zaqatala rayonunda fındıq emalı fabriki tikir.
Eləcə də bax: Bakıda alçipan zavodu işə düşəcək - 23 MİLYON MANATLIQ LAYİHƏ
FED.az xəbər verir ki, hazırda müəssisədə son tamamlama işləri aparılır.
İldə 7 min ton fındıq ləpəsi emal etmək gücündə olan fabrikdə 150 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 34,3 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. (Marja)