2025-ci ilin yanvarında Azərbaycanda 236,2 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 110,9 ton və ya 88,5% artıb.
2024-cü ilin eyni dövründə bu göstərici 156.1 ton təşkil edib.
1 fevral 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 207,4 ton təşkil edib ki, bu da illik müqayisədə 51,3 ton və ya 32,9% çoxdur.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 156,1 ton olub.