“Ximqrad” texnopolisi Azərbaycanda hazır infrastruktura malik sənaye parkının yaradılmasını planlaşdırır.
Sənaye zonalarında 66 müəssisə - İstehsal Fəaliyyətinə Başlayıb
FED.az xəbər verir ki, bu barədə Tatarıstanın sənaye və ticarət nazirinin müavini Herman Lerner Qafqaza səfəri zamanı deyib.
O bildirib ki, həmçinin layihə vergi güzəştlərinin və imtiyazlarının tətbiqini nəzərdə tutur. Azərbaycan və Tatarıstan maşınqayırma, neft-qaz kimyası, enerji, tibb və digər sahələrdə əməkdaşlıq edir.
Xatırladaq ki, bu il iyunun 17-də Prezident İlham Əliyev və Rusiyanın Tatarıstan bölgəsinin rəisi Rüstəm Minnixanovun iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub. Birgə müəssisə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1 500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərəcək.
Qeyd edək ki, 2006-cı il avqustun 2-də "Tasma-Holdinq ASC-nin ərazisində "Ximqrad" Neft-Kimya Klasteri yaradılıb. Ximqrad” texnopolisi Kazanın şimal-qərbində yerləşən müasir sənaye parkıdır və ümumi sahəsi 131 hektardır. (Report)