Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun istifadəyə verilməsi ölkədən gedən valyuta axının qarşısı alınıb.
Eləcə də bax: Azərbaycan xaricə gübrə satışını 15 dəfəyə yaxın - ARTIRIB
FED.az xəbər verir ki, bunu SOCAR-ın Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, bu gün əminliklə demək olar ki, ölkədə azot gübrələrinə olan tələbatın 90 %-ini Karbamid zavodu təmin edir: “Karbamid zavodunun istehsala buraxılması ilə karbamid gübrəsinin xaricdən idxalı dayandırılıb. Bundan başqa, digər azot gübrələrinə olan tələbat kəskin formada aşağı salınıb”.
X. Cəfərov bildirib ki, karbamid zavodunun istehsala buraxılmasında əsas töhfə xaricdən gübrənin alınması üçün sərf olunan xarici valyutanın axını azalıb: “Bundan başqa, ölkəyə 100 milyon ABŞ dollardan çox vəsait daxil olub”.
Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. (Report)