Danimarkanın “Carlsberg Group” pivə korporasiyası Azərbaycanda istehsalın təşkilinə və inkişafına ümumilikdə 65 milyon manat sərmayə qoyub və 2025-ci ilin sonunadək daha 25 milyon manat vəsait yatıracaq.
İmişlidə pivəlik arpa emalı zavodunun - TƏMƏLİ QOYULDU - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis deyib.
“Bu gün “Carlsberg Azerbaijan” şirkətinin ölkə iqtisadiyyatına investisiyaları 65 milyon manat təşkil edib. 2025-ci ilin sonuna qədər istehsalın lokallaşdırılmasına əlavə 25 milyon manat vəsait yatırılacaq”, - deyə o, bu gün bildirib.
Baş direktorun sözlərinə görə, İmişlidə yeni arpa emalı zavodunun tikintisi (“Azərşəkər” MMC tərəfindən - İF) “Carlsberg Azerbaijan”ın xammala tələbatının tam ödənilməsinə imkan verəcək. “Bu, bizə məhsul istehsalını lokallaşdırmağa və ixracı təmin etməyə imkan verəcək”, - deyə Antulis qeyd edib.
O əlavə edib ki, “Carlsberg Azerbaijan” hər il dövlət büdcəsinə 35-38 milyon manat məbləğində vergi ödəyir.
Baş direktor qeyd edib ki, yerli bazarda şirkətin payı təxminən 70% təşkil edir.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelində “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri var.(İnterfaks-Azərbaycan)