Laçında səfərdə olan xarici diplomatik korpus nümayəndələri orada qurulmaqda olan Aqro Sənaye Parkını ziyarət ediblər.
Laçın şəhərində Aqro və Sənaye Parkında 50-yə yaxın müəssisə - FƏALİYYƏT GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, onlara sənaye parkının imkanları, gələcək perspektivləri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Aqro Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Burada 46 şirkət fəaliyyət göstərəcək və ümumilikdə 1200-ə yaxın laçınlı işlə təmin ediləcək. (Apa)