Veysəloğlu Şirkəti
Vəzifə: Məhsul Meneceri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: İqtisadiyyat, Biznesin təşkili və ya Marketinq ixtisasları üzrə ali təhsil
Yaş həddi: 27-40
İşin Təsviri: Brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin təyin edilməsi, strategiyaya uyğun məhsulların bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırması həyata keçirərək istehlakçı ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun məhsul təklifinin edilməsi;
- Məhsul xətti üzrə marketinq strategiyasının müəyyənləşdirilməsi və marketinq planının hazırlanması;
- Yeni məhsul yaradılması prosesinə liderlik edilməsi, məhsul ideyasından bazara çıxışına qədərki mərhələlərin idarə olunması;
- Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunmasını təmin etmək;
- Məhsul xətti üzrə mənfəətlilik hədəflərinin təyin edilməsi, məhsul mənfəətliliyindən cavabdeh olaraq kommersiya qərarlarının verilməsində iştirak etmək;
- Məhsul çeşidləri üzrə tələb proqnozlaşdırılmasının həyata keçirilməsi, satış və istehsal planlarının effektiv və düzgün təyin edilməsini təmin etmək;
- Marketinq strategiyasına uyğun kommunikasiya, ticari marketinq büdcələrinin təyin edilməsi, effektiv idarə olunmasının təmin edilməsi;
- Şirkət daxilində Satış, İstehsal, Planlama, Satınalma, Marketinq Kommunikasiyaları, Ticari Marketinq, İnkişaf və Təkmilləşdirmə, Keyfiyyətə Nəzarət Şöbələri ilə çalışaraq məhsul üzrə qərarların icrası üçün müvafiq koordinasiyanın təmini və liderlik edilməsi;
- Məhsulun qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoyma prosesinin idarə edilməsi;
- Marketinq Kommunikasiyaları Şöbəsi ilə çalışaraq brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin təyin edilməsi, strategiyaya uyğun brendlərin bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi;
- Satış və Ticari Marketinq Şöbələrilə birgə satış, kanal, merçendayzinq strategiyalarının müəyyənləşdirilməsi.
Tələblər:
- Yeni məhsul yaradılmasında uzunmüddətli iş təcrübəsi;
- Yerli istehsal müəssisələrində təcrübənin olması;
- Yüksək ünsiyyət və liderlik qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə və layihəni idarəetmə qabiliyyətinin olması;
- Rus və ingilis dili biliyi;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Məhsul Meneceri” yazmaqla CV göndərərək müraciət edilir.