“Light” markalı xam neftin bir barrelinin qiyməti 64 dolları keçib.
FED.az xəbər verir ki, “Light” neftinin bir barreli hazırda Nyu-Yorkun NYMEX birjasında 64,01 dollara alıcı axtarır. “Brent”in bir barreli isə Londonun ICE birjasında 72,87 dollara satılır.
Neftin qiyməti Venesueladakı proseslər və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihin neft hasilatının azaldılmasına dair sazişin müddətinin cari ilin sonunadək artırılmasının mümkünlüyünü açıqlaması fonunda bahalaşır.