Ələt Azad İqtisadi Zonasında (AİZ) fəaliyyət göstərən şirkətlərə istənilən yardımı göstərməyə hazırıq.
Ələtdə yük hava limanının rəsmi açılış mərasiminin tarixi açıqlandı
FED.az xəbər verir ki, bunu AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıya səfər edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvləri ilə keçirilən genişmiqyaslı biznes görüşündə bildirib.
Onun sözlərinə görə, hər hansı bir alıcı və satıcı ilə təmaslar qurmağa, Azərbaycanda istehsal edilən məhsulların alınmasına yardım etməyə hazırıq: "O cümlədən müəssisədə çalışan insanların işə götürülməsi prosesinə də yardım etməyə hazırıq".
V. Ələsgərov bir məsələni də nəzərə almağı istəyib ki, Ələt Azad İqtisadi Zonasında istehsal edilən hər bir məhsul üstünə "Made in Azerbaijan" brendi vurulur: "O səlahiyyəti dövlət bizə verib. O sertifikatı biz veririk. Üzərində "Made in Azerbaijan" brendi olan məhsullar ətraf 10 ölkəyə satılanda o ölkələrdə də heç bir gömrük rüsumu yada ki, əlavə dəyər vergisi ödənilmir.
Bu da AİZ-də istehsal edilən məhsulu o ölkələrə bu üstünlüklərdən istifadə edərək daha geniş şəkildə satmağa, daha çox mənfəət qazanmağa imkan verir". (Report)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








