Rusiya-Ukrayna müharibəsi və müharibə fonunda Avropada silah-sursata tələbatın artması silah şirkətlərinin sifarişlərini və gəlirlərini artırıb.
FED.az xəbər verir ki, bu şirkətlərdən biri də Almaniyanın «Rheinmetall» şirkətidir.
Ukrayna müharibəsin başlayandan sonra şirkət silah bütiün istehsalını silah sursata yönəldib və onun sifarişləri 6 dəfəyə yaxın artaraq 2024-cü ilin sonunda 55 milyard avroya yüksəlib.
Üstəlik qarşıdakı 2 ildə daha 20 milyard dollar yeni sifarişin alınacağı gözlənilir. Çünki hazırda Avropada və ümumiyyətlə dünyada bombalara, yerüstü müdafiə sisteslərinə və elektron sistemlərə böyük tələbat yaranıb.
Son 3 ildə Rheinmetall AG-nin kapital xərcləri 732 milyon avro artıb, üstəlik şirkət 2 milyard avroluq satınalmalar əldə edib. 2025-ci ildə də şirkətin kapital qoyuluşlarının. Yəni yeni istehsal sahələrinin işə düşməsi gözlənilir.
«Moody's» rey1tinq agentliyinin məlumatına görə, qarşıdakı dövrdə də şirkətin gəlirləri sürətlə artmaqda davam edəcək. Belə ki, «Rheinmetall» şirkəti Almaniya ordusu və ona dost ölkələrin orduları üçün əsas silah-sursat, nəqliyyat logistika avadanlıqları, hava hücumundan müdafiə vasitələri istehsalçılardan biridir.
Digər tərəfdən şirkətin sifarişləri sürətlə artır, nəhayət, silah bazarındakı vəziyyət də Rheinmetall-a işləyir. Belə ki, NATO ölkələrinin müdafiə xərcləri sürətlə artır.
Hazırda «Rheinmetall» yüksək likvidliyə malikdir. 2024-cü ilin sonuna şirkətin kassasında 1,2 milyard nağd avro olub. Eləcə də şirkətin bir neçə açıq kredit xətləri var ki, onlardan istənilən vaxt istifadə edə bilər.
Bunları nəzərə alaraq «Moody's» şirkəti «Rheinmetall»ın uzunmüddətli reytnqini artıraraq «Baa2»dan «Baa1» səviyyəsinə qaldırıb.