Ukraynanın şüşə sənayesində üç müəssisə qazın dözülməz qiymətinə görə, 12 min işçinin işdən çıxarılması təhlükəsi ilə fəaliyyətini dayandırıb.
Eləcə də bax: SOCAR Ukrayna şirkətilə - ANLAŞDI
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Ukrayna şüşəsi" profil birliyi məlumat yayıb.
“Enerji resurslarının bahalaşması ilə əlaqədar olaraq, şüşə sənayesinin üç müəssisəsi artıq tam fəaliyyətini dayandırıb”, - məlumatda deyilir.
Assosiasiya əlavə edib ki, təbii qazın qiymətinin artması şüşə məmulatlarının maya dəyərini 50%-ə qədər artırıb və Ukrayna iqtisadiyyatının real sektorunun sənayesi üçün dağıdıcı nəticələrə səbəb olur, çünki məhsulun son qiyməti də sürətlə artır. Sənaye üçün kritik olan digər mənfi amil enerji qiymətlərinin aşağı olduğu ölkələrdən şüşə məmulatlarının Ukrayna ərazisinə əhəmiyyətli dərəcədə dempinq idxalıdır.
“Ukraynada şüşə sənayesi müəssisələri sürətlə gəlirsiz olur və faktiki olaraq iflas və tam bağlanma mərhələsindədir... Sənayenin 12 mindən çox işçisi və əlaqəli müəssisələrin xeyli sayda işçisi işsiz qala bilər və bütün səviyyələrdə büdcələr milyardlarla gəlir itirəcək”, - assosiasiya əlavə edib.
2021-ci ilin sonunda Ukrayna qənnadı sənayesi yüksək təbii qaz qiymətləri səbəbindən rəqabətsiz hala düşəcəyini və bütün satış bazarlarını itirəcəyini açıqlanıb. Belə ki, Ukraynanın “Ukrkondprom” şirniyyatçılar assosiasiyasının rəhbəri Oleksandr Baldynyuk-un sözlərinə görə, istehsal ehtiyacları üçün qazın hər min kubmetri 73 min qriven (demək olar ki, 2,7 min dollar) olduğu üçün qənnadı şirkətləri üçün istehsal səmərəsizdir. Belə qiymətə məhsula nə daxili, nə də xarici bazarlarda tələbat olmayacaq.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal bildirmişdi ki, ölkənin məqsədi yaxın illərdə qaz istehlakını 30-40% azaltmaq və öz hasilatını artırmaqdır. (Marja)