Türkiyə tarixinin müdafiə sənayesi üzrə ən böyük layihəsi olan “Çoxməqsədli amfibiya hücum gəmisi (LHD)” çərçivəsində inşa edilən “TCG Anadolu” ictimaiyyətə təqdim edilib.
Eləcə də bax: Türkiyənin ən böyük silah şirkəti: Azərbaycanla ortaq işlərimiz var
FED.az xəbər verir ki, hələlik gəminin inşası davam edir və çoxməqsədli hücum gəmisi bu ilin sonunda Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.
Gəmininin imkanları elə yüksəkdir ki, analitiklərin fikrincə, «TCG Anadolu» Türkiyənin təkcə dəniz qüvvələrini deyil, həm də Türkiyənin diplomatiyadakı mövqeyini də yüksək səviyyəyə daşıya biləcək.
Üzərində işlərin 2015-ci ildən başlandığı gəminin bu ilin sonunadək tamamlanacağı gözlənilir.
Tam yüklənmə qabiliyyəti 27 min 436 ton olan gəminin uzunluğu 231, eni isə 32 metrdir. TCG Anadolu son dərəcə kritik qabiliyyətlərlə təchiz edilmişdir. Bu, gəmini təkcə Türkiyənin ətraf dənizlərində ("Mavi Vətən") - “TCG Anadolu” Egey, Qara və Aralıq dənizlərinin əməliyyat bölgələri deyil, lazım gəldikdə Hind və Atlantik okeanlarında da xidmət edə biləcək vəziyyətə gətirir.
Gəmi azı bir batalyon hərbi qüvvəni müstəqil şəkildə istənilən yerə daşıya biləcək.
Gəminin ümumilikdə in təqribən 70%-i yerli istehsaldır. Tədbirdə çıxış edən Türkiyənin müdafiə sənayesinin rəhbəri professor İsmail Demir bildirib ki, gəmidəki silah, radar və elektron döyüş sistemləri, eləcə də avionik sistemlər yerli və milli sənaye istehsalıdır.
NATO ittifaqının bir hissəsi olacaq gəmi, ona enən və qalxan pilotsuz döyüş aparatları (PUA) ilə yerləşdirilən dünyada ilk belə gəmi olacaq.
«Bu, ölkəmizdəki ən böyük döyüş gəmisi olacaq və dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var. Donanmamız bu gəmi ilə qüdrətini gücləndirəcək”, - deyə Dəmir bildirib.
Hazırda bununla bağlı Türkiyənin pilotsuz təyyarə istehsalçısı Baykarla işlər davam etdirilir. Hal-hazırda Baykar obyektlərində inkişaf etdirilən Bayraktar TB3 PUA, məşhur Bayraktar TB2-nin bir variantıdır və flaqman olacaq gəmi üçün planlaşdırılır.
Dəmir, önümüzdəki dövrdə təkcə PUA-ların deyil, Kızılelma və Hürjet kimi yerli təyyarələrin də TCG Anadolu-da yerləşdiriləcək təyyarələr arasında olacağını qeyd edib. Bundan başqa, gəmidə AH-1W SuperCobra helikopterləri və ümumi təyinatlı helikopterlər də yerləşdiriləcək.
“Anadolu”nun göyərtəsində inşa edilən buraxılış meydançası Lockheed Martin-in STOVL (Qısa Kalkış / Şaquli Eniş) F-35B-ləri kimi təyyarələr üçün şaquli eniş təmin edir. Türkiyə F-35 proqramından çıxarıldığı üçün dünyada ilk dəfə olaraq onun göyərtəsində PUA-ların yerləşdiriləcək.
Qeyd edilib ki, gəmi zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları çərçivəsində, eləcə də tam təchiz olunmuş xəstəxana və əməliyyat otağı imkanları ilə tibbi dəstək üçün də istifadə edilə bilər. 2019-cu ilin may ayında suya endirilən gəmidə 2022-ci ilin iyun ayından etibarən dəniz qəbulu sınaqlarına başlanılıb və bu sınaqlar hələ də davam edir.