Türkiyənin TUSAS aerokosmik şirkəti ilə “Kazakhstan Engineering” şirkəti “ANKA” PUA-sının Qazaxıstan ərazisində birgə istehsalı barədə razılaşıb.
Eləcə də bax: “PUA-larımız Qarabağda qatil idi, Ukraynada mələk oldu”
FED.az xəbər verir ki, tərəflər bununla bağlı niyyət protokolu imzalayıb.
Birgə istehsalla yanaşı, pilotsuz aparatların birgə yığılması və istehsal texnologiyalarının Qazaxıstana verilməsi də nəzərdə tutulub.
Qazaxıstan Türkiyədən kənarda “ANKA” kəşfiyyat-zərbə dronlarını istehsal edəcək ilk ölkə olacaq.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edib. (Apa)