Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını Azərbaycana edib.
FED.az xəbər verir ki, bu vəzifə İlker Türközə tapşırılıb.
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi İdarəsinin 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşündə müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb. (Trend)