Ötən il quşçuluq fabriklərində diri çəkidə 81,3 min ton quş əti istehsal edilib.
Statistika Komitəsindən FED.az-a vrilən məlumata görə, fabriklərdə 762,7 milyon ədəd yumurta istehsal olunub.
Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12343,2 min baş olub. Hər yumurtlayan toyuqdan orta hesabla 177 ədəd yumurta alınıb.
İstehsalla bərabər quş əti idxalı 2,2 faiz artıb. Onu da bildirək ki, ötən il bahalaşan məhsullar arasında yumurta və quş əti də yer alıb.