Ötən il daxili pərakəndə bazarda "AzerGold" QSC tərəfindən 2 649 unsiya həcmində məhsul realizə edilib.
Eləcə də bax: “AzerGold” 2021-ci il üzrə hasilat göstəricilərini - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, bu, illik müqayisədə 446% (5,5 dəfə) çoxdur. Satılan məhsulların 97%-i qızıl, 3%-i isə gümüşün payına düşüb və realizə edilən məhsulların dəyəri 378% (4,8 dəfə) artaraq 8,7 mln. manata çatıb.
Sədr qeyd edib ki, əvvəllər "məhsul satışı" dedikdə, yalnız ixrac nəzərdə tutulurdu, hazırda isə yerli bazarda da tələb kəskin artıb.