Ağstafadakı tekstil şirkəti “Ağstafa Teksistil” MMC (əvvəlki “Akkord Tekstil” MMC) adını yenidən dəyişdirib.
“Sumqayıt Tekstil”in dövlətə məxsus payı - ÖZƏLLƏŞDİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkətin adı dəyişdirilərək “Qərb Tekstil” MMC olub.
Şirkətin nizamnamə kapitalı 10 manatdan 2 631 500 manata qaldırılıb.
Xatırladaq ki, “Qərb Tekstil” MMC 2015-ci ildə yaradılıb. Şirkət 2022-ci ilin ilk aylarına qədər “Akkord Tekstil” MMC, həmin tarixdən sonra isə “Ağstafa Tekstil” MMC adlandırılırdı.
Fabrik 2017-ci ildə İtaliyanın “Elle-Elle” şirkəti arasında 50 min ədəd köynəyin ixracına dair müqavilə imzalamışdı. Müqaviləyə əsasən, “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və digər məşhur ticarət markaları ilə yerli və xarici bazarlarda satmalı idi.