Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) “yaşıl” layihələrin inkişaf etdirilməsindədə fəal iştirak edir.
Yeni zavod tikiləcək: İllik 28-30 min ton almadan istifadə edəcək
FED.az şirkətə istinadən xəbər verir ki, bu layihələrdən biri də İtaliyanın “Technip Energies” şirkəti ilə birgə Sumqayıtda innovativ həll yollarının tətbiqi ilə plastik tullantıların emalı zavodunun tikintisidir.
Zavod qabaqcıl termokimyəvi texnologiyadan istifadə edərək plastik tullantıları emal edərək müxtəlif sənaye sahələri üçün qiymətli resurs olan piroliz yağına çevirəcək.
AİŞ-in “yaşıl” layihələrə ayırdığı investisiyaların ümumi həcmi 74 milyon manat təşkil edib ki, bu da şirkətin ətraf mühitin qorunması məqsədilə müasir həllərin tətbiqinə olan sadiqliyini əks etdirir.