“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı da artırıldı.
Valeh Ələsgərov sənaye parklarının rezidentlərini – ƏLƏT AZAD İQTİSADİ ZONAYA CAĞIRIR - FOTO
FED.az biznes vəmaliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, STP-nin nizamnamə kapitalı 49 430 000 manat və ya 21% artırılmaqla 287 650 346 manata çatdırılıb.
“Sumqayıt Texnologiyalar Parkı” MMC 2012-ci ildə şirkət kimi təsis edilib. STP Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkıdır.
2023-cü ilin mayında STP-nin baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub, onun yerinə Hicran Valehov təyin edilib.