STP özü investisiya xarakterli idarəçi şirkət olaraq fəaliyyət göstərəcək.
Eləcə də bax: “Spark” şirkəti Qəbələdə beton zavodunu - SATIN ALIB
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) strukturunda daha bir şirkət yaradılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu “STP Polymer” MMC-dir. Şirkət 100 min manat nizamnamə kapitalı ilə təsis edilib.
STP-dən bildirilir ki, “STP Polymer”, sənaye parkının tərkibində olan Polimer Məmulatlar Zavodunun əsasında yaradılıb.
“Bildiyiniz kimi STP bazar tələblərinə daha çevik reaksiya vermək məqsədilə struktur dəyişikliyi edib zavodları aidiyyəti üzrə birləşdirərək yeni şirkətlər yaratmışdı. Polimer STP-nin tərkibində qalmış yeganə zavod idi”- deyə, şirkətdən bildirilir.
Şirkətdən verilən açıqlamaya görə, artıq Polimer Məmulatları Zavodu da ayrı şirkət kimi fəaliyyət göstərəcək. “STP Polymer” sənaye və məişət üçün polimer borular və qəlib vasitəsilə ilə istehsal olunan müxtəlif polimer məhsullar istehsal edəcək.
Xatırladaq ki, STP-nin ərazisində fəaliyyət göstərən 30-dan çox istehsaı sahəsini əhatə edən 10 zavod artıq 7 şirkət olaraq formalaşdırılıb. Həmin şirkətlər bunlardır:
- STP Global Cable
- SOCAR-STP
- ASSAN STP Panel
- STP AH
- STP Aluminum
- STP Metal Structures
- STP Polymer
“Sumqayıt Texnologiyalar Parkı” MMC isə investisiya xarakterli idarəçi şirkət olaraq fəaliyyət göstərəcək.