FED.az xəbər verir ki, "Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır.
Vəzifənin adı: Təcili tibbi yardım həkimi (Həkim - Paramedik)
Vəzifə öhdəlikləri:
• Peşəkar səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərir;
• Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir;
• Dərman preparatlarının səmərəli istifadəsinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
• Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir;
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
• Etik davranış qaydalarına riayət edir.
Vəzifə tələbləri:
• Ali tibbi təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını bilməlidir;
• Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını bilməlidir;
• Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir;
• Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını bilməlidir;
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
• Növbəli iş qrafiki;
E-mail: [email protected]