FED.az xəbər verir ki, Sumqayıt Texnologiyalar Parkı işçi axtarır.
Vəzifənin adı: Baş direktorun müavininin köməkçisi
Vəzifə öhdəlikləri:
• Baş direktorun müavininin tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
• Baş direktorun müavininin iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi qrafikinin tərtib olunması;
• Keçirilmiş iclasların/ görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
• Baş direktorun müavininin qonaqlarının qəbul edilməsi;
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
• Baş direktorun müavininin ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
• Baş direktorun müavini tərəfindən imzalanması üçün daxil olan sənədlərin qəbul edilməsi;
• Baş direktorun müavininin tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
• İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
• Baş direktorun müavininin tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
• Baş direktorun müavini tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
• İşgüzar, məsuliyyətli olmalı habelə tez tez səyahətlər və yerdəyişmələrə hazır olmalı.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail: [email protected]