"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.
Azərbaycan şirkəti dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı ilə anlaşdı - ZAVOD TİKİLƏCƏK
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə paylaşımına əsasən, şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.