İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin İdarə Heyətinin sədri İbrahim Həsənov vəzifəsindən azad edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Emil Həsənova həvalə olunub.
Xatırladaq ki, "Azerfloat” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkət Sumqayıtda Almaniyanın "HORN Glass İndustries" şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.