Sənaye zonalarında istehsal edilən məhsulların ölkə xaricində tanıdılması, ixrac coğrafiyamızın genişləndirilməsi istiqamətlərində işlər uğurla davam etdirilir.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC (Mr. Fix) Özbəkistanın Daşkənd şəhərində keçirilən 26-cı Özbəkistan Beynəlxalq İnşaat Sərgisində (“UzBuild 2025”) öz stendi ilə təmsil olunur.
Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.
Sərgiyə fevralın 27-də yekun vurulacaq.