Sənaye

“Sumqayıt Kimya Sənaye Parkı”nın gəlirləri və xərcləri - 2 Dəfə Artıb

“Sumqayıt Kimya Sənaye Parkı”nın gəlirləri və xərcləri - 2 Dəfə Artıb | FED.az
15:46 21 Avq 2020

2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC 22 151 min manat gəlir əldə edib.

Eləcə də bax: “Sumqayıt Texnologiyalar Parkı”nda müvəqqəti - BAŞ DİREKTOR

FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2 dəfə çoxdur.

Ötənilki gəlirlərin 22 070 min manat əsas, 81 min manatı isə sair əməliyyat gəlirləri olub.

Hesabat dövründə şirkətin xərcləri də təxminən 2 dəfə artaraq 22 135 min manata çatıb. Bunun 148 min manatı istifadə edilmiş material ehtiyatlarının dəyəri, 1 977 min manatı işçi heyəti üzrə xərclər, 4 450 min manatı amortazasiya xərcləri, 15 173 min manatı digər əməliyyat xərcləri, 386 min manatı isə sair əməliyyat xərcləridir. (Report)

Digər xəbərlər