Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkından 3,3 milyard manatlıq məhsul ixrac edilib.
Sumqayıt Kimya Sənaye Parkının 2 rezidenti - Xaricə 424 Milyon Manatlıq Məhsul İxrac Edib
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş, ölkəmizin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir. Bu müddətdə Parkın fəaliyyətindən əldə edilən nəticələr iqtisadiyyatımızın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, məşğulluğun artırılmasına, innovativ istehsalın təşkilinə və idxaldan asılılığın azaldılmasına əhəmiyyətli töhfələr verib. Bu günə qədər Parka 5,8 milyard manata yaxın investisiya qoyulub, buradan 9,5 milyard manat dəyərində satış həyata keçirilib, 6 600-dən çox daimi iş yeri yaradılıb", - deyə o qeyd edib.