"Archi Glass" Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye Parkından verilən məlumata görə, İqtisadiyyat Nazirliyi bu statusu oktyabrın 5-də verib.
Şirkət Sumqayıt Kimya Sənaye Parkının 4,4 ha torpaq sahəsində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında 240 min m2 şüşə və 50 min ədəd saxsı məmulatlarının hazırlanması nəzərdə tutulur.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








