Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yeni istahsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.
Eləcə də bax: Sumqayıt Kimya Sənaye Parkına - 245 Mln. Dollar Yatırılacaq
FED.az xəbər veir ki, bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Novus Plastica” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 24-ə çatıb. Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində “Polimer materialların emalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal ediləcək.
İnvestisiya dəyəri 11 milyon manat olan müəssisədə 100-dən çox insan daimi işlə təmin ediləcək.
İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac olunacaq.