İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin direktoru Mərdan Əliyev vəzifəsindən azad edilib.
Eləcə də bax: Balaxanı Sənaye Parkında daha 3 rezident - İstehsala Başlayacaq
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Oleq Zuiyevə həvalə olunub.
Xatırladaq ki, “Baku Non Ferrous and Foundry Company” 2015-ci ildə yaradılıb. Şirkət İtaliya texnologiyası əsasında ferrosilisium (FeSi) istehsal edir. (Report)