STP Şirkətlər Qrupuna daxil ASSAN STP Panel şirkətində 2022-ci il ilə müqayisədə məhsullarının satış həcmi 1.8 dəfə, istehsalat həcmi isə 1.9 dəfə artıb.
FED.az xəbər verir ki, həmçinin ASSAN STP Panel şirkətində polikarbonat lövhələrinin istehsal sahəsi genişləndirilib.
Əsasən xarici bazarlara satışı həyata keçirilən bu məhsul sendviç panellərə, həmçinin istənilən dam və divar örtüklərinə asan quraşdırılaraq təchiz olunan məkanı günəş şüaları ilə işıqlandırılmasına xidmət edir. Yüksək məhsuldarlığa malik bu məhsul uzunmüddətli və dayanıqlı işıq ötürmə gücü ilə enerji sərfiyatını minimuma endirir. “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində həyata keçirilən bu layihə vasitəsilə STP Şirkətlər Qrupu #yashilplanet şüarı altında ətraf mühitin qorunmasına çağırış edir.
Qeyd edək ki, 2014-сu ildən fəaliyyət göstərən ASSAN STP Panel şirkətində sendviç panel, alüminium kompozit lövhə, metal profilli dam örtükləri, metal-kirəmit, asma tavan, tor panellərin istehsalı eləcədə alüminium və metal lövhələrdən aksesuarların hazırlanması, penoplastların doğranılması , mişarların itilənməsi xidmətləri həyata keçirilir.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.