Sumqayıt Texnologiyalar Parkı (STP) Baş Direktorunun işdən azad olunması ilə bağlı məlumat yayıb.
Eləcə də bax: “Sumqayıt Texnologiyalar Parkı”nda müvəqqəti - BAŞ DİREKTOR
STP-dən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, Baş direktor öz xahişi ilə işdən azad olunub:
“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17.07.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq. Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur".