Hollandiyada yerləşən avtomobil şirkəti Stellantis, əsas tərəfdaşı Cənubi Koreyanın Samsung SDI şirkəti ilə birlikdə ABŞ-ın İndiana ştatında elektrikli avtomobil akkumulyatoru istehsalı müəssisəsi üçün 3,2 milyard dollarlıq investisiyaya hazırlaşır.
Qualcomm-un çipləri Mercedes və BMW avtomobillərində - İSTİFADƏ OLUNACAQ
FED.az xəbər verir ki, bu investisiya Stellantis-in dünya miqyasında altıncı, ABŞ-da isə ikinci elektrik avtomobil akkumulyatoru zavodu olacaq.
Stellantis və Samsung SDI iyul ayında ikinci akkumulyator zavodunu açmağı planlaşdırdıqlarını açıqlamışdılar, lakin investisiyanın həcmi barədə məlumat verməmişdilər.
Bu ikinci elektrik avtomobil akkumulyatoru istehsal edən zavodun 2027-ci ilin əvvəlində istehsala başlaması gözlənilir.
StarPlus Energy adlı birgə müəssisə altında iki şirkət artıq ABŞ-da ilk zavodun tikintisinə başlayıblar. Stellantis elan edib ki, hazırda tikilməkdə olan ilk "StarPlus Energy gigafactory" 2025-ci ilin birinci rübündə 33 giqavat-saat illik istehsal gücü ilə istifadəyə veriləcək. İki akkumulyator zavodunun ümumi investisiya həcminin 6,3 milyard dollara çatacağı gözlənilir. Hər iki akkumulyator zavodunun cəmi 2800 yeni iş yeri təmin edəcəyi açıqlanıb.
Samsung SDI Cənubi Koreyada yerləşən batareya və elektron materiallar istehsalçısıdır.
Stellantis şirkəti 16 brendin (Abarth, Alfa Romeo, Chrysler, Citroën, Dodge, DS, Fiat, Fiat Professional, Jeep, Lancia, Maserati, Mopar, Opel, Peugeot, Ram, and Vauxhall) sahibidir. (Marja)