“Sumqayıt yolunun üstündə polietilen torba istehsal edən müəssisəyə getdim. Öyrəndim ki, müəssisə 1 ildir işləmir”.
Azərbaycanda polietilen kisə və çanta istehsalı - 131 FAİZ ARTIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa parlamentin plenar iclasında bildirib.
“Soruşdum niyə işləmir, rəqiblər güclüdür? Dedilər bizim rəqibimiz yoxdur. Rəqibimiz gömrük orqanlarıdır. Digər tərəfdən enerji təchizatı ilə bağlı problem yaşayırlar. Əgər gün ərzində 3 dəfə elektrik verilişi dayansa, müəssisə həmin gün istehsal üzrə geri düşür. Qaz üçün sayğacı 5 km uzağa qoyublar. Ərazidə nə isə problem olursa, bunu şirkət ödəyir. Bu, onlarla nümunədən biridir”, - deyə millət vəkili vurğulayıb.
Fazil Mustafanın sözlərinə görə, təbii inhisarçılıq olan ikinci belə bir ölkə tapmaq çətindir: “Rəqabət Məcəlləsini məişət zorakılığı ilə bağlı qanuna bənzətməməliyik. Hansı ki, hamı bilir, amma heç kim şikayət etmir, effektiv işləmir”.