Banner

Sənaye

SOCAR və "Sberbank" - BİRGƏ MÜƏSSİSƏ YARADIB

SOCAR və "Sberbank" - BİRGƏ MÜƏSSİSƏ YARADIB | FED.az
10:42 3 İyun 2019

SOCAR və Rusiyanın “Sberbank”ı Antipinsk neft emalı zavodunu neftlə tədarük edəcək birgə müəssisə yaradıblar.

FED.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, “SOCAR Enerqoresurs” adlanan bu müəssisə Antipinski zavoduna emal məqsədilə neft tədarük edəcək. Müəssisənin 60%-i “SOCAR Russia Investments Ltd”yə, 40%-i isə “Sberbank”ın strukturu olan “SBK Komplekt”ə məxsusdur. Yeni yaradılmış müəssisənin baş direktoru vəzifəsinə hazırda SOCAR-ın Rusiyadakı əsas strukturu olan “SOCAR Rus” treyder şirkətinə rəhbərlik edən Fərid Cəfərov təyin olunub.

Eləcə də bax: Bank filialı üçün yeni - BİNA TİKİLİR

Bu ilin iyul ayında SOCAR Antipinsk zavodunda prosesinqə başlamağı planlaşdırır. Yeni müəssisə nefti “Lukoil” və “Surqutnefteqaz” kimi şirkətlərdən alacaq. Bundan başqa, müəssisənin Orenburq vilayətində yataqların inkişafı ilə də məşğul olacağı istisna deyil.   

Qeyd edək ki, bu ilin aprel ayında “Sberbank” Antipinsk neft emalı zavodunun 80%-nə sahib olub. Bank hazırda zavodun satılması üçün potensial investorlarla danışıqlar aparır. SOCAR sözügedən zavodunun alınması üçün iddiaçılardan biridir.

 

Digər xəbərlər

Banner