SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2019-cu ilin I rübündə Bakı-Novorossiysk neft kəməri ilə 249,54 min ton neft ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-mart aylarında Azərbaycandan Novorossiysk limanına 249,54 min ton nəql olunub, o cümlədən martda bu marşrut ilə neft nəql olunmayıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
2018-ci ilin I rübündə Bakı-Novorossiysk kəməri ilə 319,2 min ton Azərbaycan nefti nəql olunub. Beləliklə, 2019-cu ilin yanvar-mart aylarında “şimal” kəməri ilə Azərbaycan neftinin ixracı 21,8% azalıb.
SOCAR 2018-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1 mln. 212,7 min ton neft nəql edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. tonadək neft ixrac edəcək.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.