2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində 4 yeni müəssisə istifadəyə veriləcək.
«Bunlar «SumPlast» şirkətinin sənayedə istifadə üçün kisə və torba istehsalı müəssisəsi, «AzerFloat» şirkətinin termoformasiya metodu ilə şüşə vərəqə istehsalı müəssisəsi, «Nexsus Labs» şirkətinin məlumatların emalı müəssisəsi və “Azərxalça”nın təmiz (təbii - İF) yun və yun sap istehsalı müəssisəsidir», - deyə məlumatda bildirilir.
Bütövlükdə, 17 şirkət SKSP-nin rezidenti statusuna malikdir. Bu şirkətlər tərəfindən layihələrə investisiya qoyuluşları $2,8 mlrd. məbləğində qiymətləndirilir.
«Cari ilin sonunadək parkda 7 müəssisə fəaliyyətə başlayacaq», - deyə məlumatda qeyd olunur.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.