2018-ci ildə Azərbaycanda 62,7 milyon manat həcmində tütün məmulatlarının istehsalı gözlənilir.
Bu barədə 2019-cu və növbəti üç il ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərində deyilir.
Eləcə də bax: Balın qablaşdırılması və satışı üzrə müəssisə istifadəyə verilib
Proqnozlara əsasən, növbəti illərdə tütün məmulatlarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstəricinin 76,9 milyon manat, 2020-ci ildə 94,4 milyon manat, 2021-ci ildə 115,7 milyon manat, 2022-ci ildə isə 141,7 milyon manat olacağı gözlənilir.
2022-ci ilədək tütün məmulatlarının istehsalı üzrə proqnozlar:
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
Fermetləşdirilmiş tütün (ton) |
3415,9 |
3286,7 |
4108,3 |
5135,4 |
6419,3 |
8024,1 |
Papiroslar və siqaretlər (milyon ədəd) |
1241,4 |
2550,0 |
2932,5 |
3372,0 |
3878,0 |
4460,0 |