Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezidentlik verilib.
Türkiyə kapitallı şirkətə Ağdam Sənaye Parkının rezidenti statusu verildi - 21 MİLYONA YAXIN SƏRMAYƏ
FED.az bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Rezidentlər 213 milyon manatdan çox investisiya yatırmağı və 2600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Onlar fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, tamet daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatların, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.
İndiyə qədər sənaye zonalarında investisiya dəyəri 7 milyard 820 milyon manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.