2025-ci ilin I yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə olaraq Yunanıstana məhsul ixracına başlayıb
Bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər bir zona üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.
Qeydiyyatdan keçən investorlar tərəfindən sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçiriləcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası qurulacaq.