Bu ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 40 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib.
ELƏCƏ DƏ BAX: Azərbaycanın xam neft ixracından gəliri artıb
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10 faiz, neft sektorunda isə 0,2 faiz artıb.
Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı isə 3,5 faiz artıb.
Sənaye məhsulları istehsalında vəziyyət – AÇIQLANDI
21:39
15 Noy 2018