“Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”.
Eləcə də bax: “Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox - Hədəfini Məhv Edib
FED.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.
“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik çəkirik”, - deyə S. Bayraktar qeyd edib.
O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb. (Apa)