"Biz Az-Tex-İmport MMC olaraq IVECO brendinin Azərbaycanda rəsmi nümayəndəsiyik və iki il bundan öncə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq və parkda IVECO brendinin 18 tona qədər yük götürmə qabiliyyəti olan maşınlarının yük avtomobillərinin istehsalı qərarına gəldik. Bnunla bağlı artıq müəssisənin inşasına başlamışıq".
FED.az xəbər verir ki, bu sözləri Az-Tex-İmport MMC nin təsisçisi Samir İbadullayev deyib.
Onun sözlərinə görə müəssisənin inşası bitmək üzrədir:
"Təxminən oktyabr ayının ikinci yarısında müəssisənin tam istifadəyə hazır olması nəzərdə tutulub. Müəssisə də il ərzində 100 ədəd yük avtomobili istehsal olunacaq və təxminən 95 nəfər daimi işlə burada təmin olunacaq. Gələcək planlarda müəssisənin daha da genişlənməsi və daha illik istehsal gücünün daha da artırılması planlaşdırılır. Həmçinin də şəxsi ilə bərabər üst kuzov hissələrində istehsalı bu müəssisədə planlaşdırılır. Əlavə olaraq qeyd etmək istərdim ki, Cəbrayılda Araz vadisi iqtisadi zonasında müəssisəmiz orada da rezident olaraq qeydiyyatdan keçmişdir və yenə də IVECO brendinin yüngül tonajlı 7 ton yarıma qədər yük götürmə qabiliyyəti olan yük avtomobillərinin istehsalı orada da planlaşdırılır və oradakı müəssisənin inşasına artıq başlamışıq. Təxminən 80 nəfərdən müəssisə insanları işlə təmin edəcək".