2021-ci ilin I rübü ərzində Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabriki istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi bildirir.
Ümumi investisiya dəyəri 76,1 mln. manat (cari məzənnə ilə $44,76 milyon) olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib”, - nazirlikdən qeyd olunur.
İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq. (İnterfaks)