2025-ci ilin sonuna kimi İqtisadi Zonaların İnkişafı Agentliyinin idareəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib.
Sənaye zonalarında bu il 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinə və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb. 82 müəssisə fəaliyyətə başlayıb və 9 min 700-dən artıq daimi iş yeri yaradılıb", - deyə sədr əlavə edib.











