“Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1,558 mlrd. ABŞ dolları sərf edib.
FED.az yatağın operatoru “BP-Azerbaijan” şirkətinin yaydığı hesabata əsasən xəbər verir ki, doqquz ay ərzində “Şahdəniz” yatağının işlənməsinə 418 mln. dollardan çox əməliyyat xərcləri və təqribən, 1,14 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.
“Şahdəniz” üzrə ümumi xərclərin həcmi ötən ilin müvafiq dövründən 41% az olub, əməliyyat xərclərinin həcmi 13,6% artıb, əsaslı xərclərin həcmi isə 50% azalıb.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.