“Humix” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib və bununla da sənaye məhəlləsinin iştirakçılarının sayı 8-ə çatıb.
FED.az xəbər verir ki, yeni rezident Sabirabad Sənaye Məhəlləsinin ərazisində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal edəcək. İstehsal sahəsində 10 nəfər işlə təmin olunacaq.
Qeyd edək ki, 20.3 hektar ərazini əhatə edən Sabirabad Sənaye Məhəlləsində – yun tədarükü, heyvan yemi, hibrid toxum istehsalı, bal və arıçılıq məhsullarının istehsalı və qablaşdırılması, yuyucu və təmizlik vasitələrinin istehsalı və qablaşdırılması və s. sahələr üzrə rezidentlər qeydiyyata alınıb.