Bu ilin qışından etibarən Rusiyada qara kürünün markalanması başlayacaq.
FED.az xəbər verir ki, Rusiya hökuməti bu üsulla bazarın 80%-ə çatan kontrafakt və keyfiyyətsiz məhsul problemini həll etmək niyətindədir.
Rusiya balıqçılıq birliyinin planına görə, xüsusi qiymətli və sadəcə qiymətli dəniz məhsullarının markalanması başlayacaq. Bura nərə balığı kürüsü də aiddir. Artıq yaxın vaxtlardan etibarən balıqçılıq müəssisələri istehsal etdikləri kürünü və nərə balığının ətini markalayacaqlar.
20190-cu ildə əsasən könüllü olaraq aparılacaq markalanma işlərinin nəticələri təhlil ediləcək və sonrakı dövrdə bu proses məcburi xarakter daşıyacaq.