Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının, Ticarət və Sənaye Palatasının, həmçinin logistika və ticarət sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
1,4 milyon manatlıq yeni rezident qeydiyyatdan keçib - SUCUQ İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, qonaqlara İZİA-nın idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri, həmçinin Rusiyalı iş adamları tərəfindən sənaye zonalarında həyata keçirilən investisiya layihələri barədə məlumat verilib, Agentliyin təqdimatı göstərilib.
Görüş çərçivəsində Rusiya şirkətlərinin nümayəndələri sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib. Nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, rezidentlər tərəfindən yaradılan texniki avadanlıqlar zavodunun və vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyətləri ilə tanış olublar.