Rusiya Federasiyasının aparıcı köpüklənən şərab istehsalçısı olan “Abrau-Durso” şirkəti “Abrau Spirits”in spirtli içki portfelini genişləndirməkdə davam edir.
Rusiyanın Azərbaycandakı şərab zavodu “Ağdam” portveyni istehsalı hüququ - ƏLDƏ EDİB
FED.az xəbər verir ki, şirkətə məxsus olan “Şəki Şərab” zavodunda üzüm arağının istehsalına başlanılıb. İstehsalın ümumi həcmi 0,5 və 0,7 litrlik 100 min ədəd butulkadır.
“7 loz” brendi artıq Moskvadakı “Atelye vina” firma butiklərində təqdim olunur. Bu məhsul tezliklə aparıcı federal pərakəndə ticarət şəbəkələrində də satışa çıxarılacaq.
“Abrau-Durso” RF-də köpüklənən şərabların əsas istehsalçısıdır və portfelini köpüklənməyən şərablar, araqlar və digər içkilər hesabına genişləndirir. 2022-ci ildə şirkət 54,1 milyon butulkadan çox alkoqollu və alkoqolsuz məhsul satıb ki, bu da 2021-ci illə müqayisədə 18,1% çoxdur.
Şirkət biznes ombudsmanı Boris Titovun ailəsinə məxsusdur. (İnterfaks-Azərbaycan)